Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

İranın nüvə məsələsi müzakirə olunur


ABŞ və müttəfiqləri İranın nüvə proqramı ilə bağlı danışıqların uğursuz olacağı təqdirdə nəticələrinin müzakirəsinə başlayıblar.

ABŞ prezidenti Barak Obama bunu Cənubi Koreyada deyib.

Bundan bir gün əvvəl İranın XİN Manuçöhr Mottaki bildirib ki, Tehran BMT-nin planına uyğun uranı xaricə göndərməyəcək. Plana əsasən İran uranın bir hissəsini yanacaq almaq üçün xarici ölkəyə göndərməliydi.

Bu gün Mottaki İrana qarşı sanksiyaları istisna edib və təkrarlayıb ki, «Tehran nüvə danışıqlarını davam etdirmək istəyir. Ancaq nüvə yanacağı üçün uranın zənginləşdiriləsi İranda həyata keçirilməlidir».
XS
SM
MD
LG