Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 20:38

ABŞ enerji mənbələrini siyasiləşdirir


ABŞ Administrasiyası alternativ neft və qaz mənbələrini getdikcə daha çox siyasiləşdirir.

ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisinin baş müşaviri Daniel Steyn belə deyib.

Bildirib ki, ABŞ Türkmənistanla Azərbaycan arasında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı mübahisəni həll etmək üçün öz yardımını təklif edib.

ABŞ və Avropa Birliyi Azərbaycan və Türkmənistana «Nabucco» kəmərinin əsas qaz tədarükçüləri kimi baxır.

Daniel Steyn bildirib ki, iki ölkə arasında Xəzərlə bağlı mübahisə uzun müddət davam edə bilər.

O, Xəzərin bölünməsi məsələsi qapanmadan, Xəzərdə qaz kəmərinin çəkilməsinin mümkünlüyünü istisna etməyib.

Türkmənistanla Azərbaycan arasında Xəzərdəki ziddiyyətlərin əsas səbəbi «Kəpəz», həmçinin «Azəri» və «Çıraq» yataqlarıdır. Azərbaycan sonuncu yataqları tamamilə özününkü hesab edir, «Kəpəz»i isə birgə istismar etməyə hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG