Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

«Tək qaçqınların yox, hamımızın hüququ pozulur»


«Biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik»
«Biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik»
«BİZ MƏSƏLƏNİN KÖKLÜ ŞƏKİLDƏ HƏLLİNƏ NAİL OLA BİLMİRİK»

«Biz uzun illərdir erməni işğalçıların etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bu, dözülməz vəziyyətdir, ən böyük ədalətsizlikdir, insan hüquqlarının kobudcasına tapdalanmasıdır. Ancaq dünya birliyi buna biganə qalır».

Bunu prezident İlham Əliyev noyabrın 17-də Bakının Binəqədi rayonunda məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi mərasimində deyib. Prezident Qarabağ münaqişəsindən danışanda isə deyib ki, Azərbaycan müharibə istəmir:

«Ancaq sülh yolu ilə də olmur. Neçə dəfə danışıqlar aparılıb. Müəyyən irəliləyiş var. Ancaq biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik».

İlham Əliyev deyib ki, bununla belə, Azərbaycan yenə danışıqlar yolunu seçir.

«KÖÇKÜNLƏRDƏN BEYNƏLXALQ TƏŞKİLATLARI SUSDURMAQ ÜÇÜN SUİ-İSTİFADƏ OLUNUR»

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin fikrincə isə prezident insan haqları məsələsini təkcə qaçqınlara şamil etməklə onun mahiyyətini dəyişdirmək istəyir. Çünki insan haqlarıyla bağlı Azərbaycanda çox ciddi problemlər var, bu problemləri bütün əhali yaşayır:

«Azərbaycan vətəndaşlarının həm hüquq və azadlıqları, həm də iqtisadi əmlak hüquqları mütəmadi olaraq pozulur. Vətəndaşların sabaha təminatı yoxdur. Beynəlxalq təşkilatların Azərbaycana insan haqları ilə bağlı təzyiqləri artdıqca məhz Qarabağ köçkünlərindən beynəlxalq təşkilatları susdurmaq üçün sui-istifadə olunur. Onların indiki vəziyyəti dövlət başçısı tərəfindən ona görə qeyd olunmur ki, onlara acıyır. Məcburi köçkünlər ona görə yada düşür ki, Azərbaycanın qalan əhalisinin hüquq və azadlıqlarının pozulmasına görə beynəlxalq birliyin qınağından yayınsınlar».

«AZƏRBAYCAN VƏTƏNDAŞI ÖZ KONSTİTUSİON HAQQININ YİYƏSİDİR»

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə Əli Kərimlinin fikirlərini əsassız sayır:

«Azərbaycan insanının hansı haqqı pozulur? Azərbaycanda insan haqlarını qoruyan məhkəmələr var. İnsan haqlarını müdafiə edən onlarla qeyri-hökumət təşkilatları var. Onlar da öz bəyanatlarında həmişə göstərirlər ki, insan haqlarının vəziyyəti də, həyat səviyyəsi də ildən-ilə yaxşılaşır. Azərbaycan vətəndaşı öz konstitusion haqqının yiyəsidir».

«HAMIMIZIN HÜQUQU POZULUR»

Söhbət etdiyim bir qrup Bakı sakini isə deyir ki, ölkədə hüquqları pozulanlar təkcə qaçqınlar deyil:

- Hamımızın hüququ pozulur.
- Mənim hüququm hər addımda pozulur.
- Heç bir hüquqdan danışmaq olmaz. Hüquqlarımız da ən çox məhkəmələrdə pozulur.
- Hamı nəsə danışır, ancaq heç kim halımıza yanmır. Mənim hüququm daha çox pozulur.
- Camaatı adam yerinə qoymurlar.

«HÖKUMƏTİN ARDICIL OLMAYAN SİYASƏTİ ORTAYA ÇIXIR»

İlham Əliyev Qarabağ münaqişəsinin həlliylə bağlı bu vaxta qədər olan çıxışlarında bir qayda olaraq «lazım gəlsə müharibə yolunu seçərik» deyirdi. İndiki çıxışında isə Azərbaycanın birmənalı olaraq danışıqlar yolu seçdiyini vurğuladı. AXCP sədri Əli Kərimli deyir ki, bu, hakimiyyətin ölçülüb-biçilməmiş siyasət aparmasıyla bağlıdır:

«Məqsədyönlü şəkildə siyasət aparılmır. Ona görə ki, Azərbaycanı idarə edən şəxslər bilmirlər ki, ölkənin ümumi strateji istiqaməti necədir. Ürəklərindən keçir ki, indiki status-kvonu saxlasınlar, demokratiyanı ölkəyə buraxmasınlar. Azərbaycan-Ermənistan münaqişəsindəki vəziyyət olduğu kimi qalsın. Bitkin konsepsiya olmadığına görə, hökumətin ardıcıl olmayan siyasəti ortaya çıxır».

«BU ÇIXIŞ İNDİKİ SİYASƏTƏ UYĞUNDUR»

Politoloq Rasim Musabəyov isə deyir ki, İlham Əliyevin çıxışı Qarabağ münaqişəsinin həlliylə bağlı indiki şəraitə uyğundur:

«Prezidentlər növbəti görüş ərəfəsindədir. Həmin görüşdə sülh prosesini irəli aparmağın mümkünlüyü müəyyənləşməlidir. Madrid prinsipləri ilə danışıqlar finiş xəttinə çıxıb. Son səylər ona yönəlməlidir ki, finiş müsbət nəticələnsin».
XS
SM
MD
LG