Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

«İşğal tarixini saxtalaşdırmayın»


«İlham Əliyevin səsləndirdiyi Heydər Əliyev Qarabağ müharibəsi başlayanda prezident olsaydı, Azərbaycan torpaqları işğal edilməyəcəkdi fikri tarixi saxtalaşdırmağa növbəti uğursuz cəhddir». Bu sözləri AXCP lideri Əli Kərimli prezident İlham Əliyevin noyabrın 17-də Ermənistanın Azərbaycan torpaqlarını işğal səbəbini açıqlayarkən dediyi fikirlərə münasibət bildirərkən söyləyib.

Əli Kərimli deyir ki, işğal yaxın tarixdə baş verdiyindən onun milyonlarla şahidi var:

«Hər kəs bilir ki, Azərbaycanın Qarabağ ətrafındakı torpaqlarının çoxu Heydər Əliyevin prezidentliyi dönəmində işğal edildi. Heydər Əliyev hakimiyyəti ələ keçirdikdən az sonra Azərbaycan Xalq Cəbhəsinə bağlıdır adı ilə bu torpaqları uzun illər öz qanı bahasına qoruyan 33 batalyonu tərxis etdi. Nəticədə də Heydər Əliyevin hakimiyyətinin ilk aylarında, daha dəqiqi, 1993-cü ilin dekabrına qədər Ermənistan ard-arda Azərbaycanın 5 rayonu işğal etdi. Tarixi saxtalaşdırmağa cəhdlər hətta dövlət başçısı səviyyəsində edilsə də bu o demək deyil ki, bu cəhd uğurlu olacaq».
XS
SM
MD
LG