Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:57

Eldar Namazov klonlaşdırılır


«İndi bunun hansı məqsədlə edildiyini araşdırıram»
«İndi bunun hansı məqsədlə edildiyini araşdırıram»
«Mənim facebook sosial şəbəkəsində profilim yoxdur. Kimsə orada mənim adımdan istifadə edir. Başqa sözlə, facebookdakılara dostluq təklifi göndərən Eldar Namazov mən deyiləm».

Bu sözləri AzadlıqRadiosuna politoloq Eldar Namazov deyib. Onun sözlərinə görə, facebookda onun adından səhifə açıldığını dostlarından eşidib:

«Həmin səhifədə mənim şəkillərim, müsahibələrim yerləşdirilib. «Eldar Namazov» facebookda artıq 300-ə qədər dost da toplayıb. Mən artıq öz istifadəmdə olan sosial şəbəkə ilə dostlarıma bildirmişəm ki, facebookdakı səhifə mənim deyil. İndi bunun hansı məqsədlə edildiyini araşdırıram».

Eldar Namazov onu da bildirib ki, 2005-ci il parlament seçkilərində də onun klonları peyda olmuşdu. Namizədliyini irəli sürdüyü dairədə daha iki Eldar Namazov deputatlıq marafonuna qoşulmuşdu. Politoloq bildirir ki, hüquqi vasitələrlə bu səhifənin ləğvinə çalışacaq. Çünki təcrübə klonlardan Azərbaycanda daha çox təxribat vasitəsi kimi istifadə edildiyini göstərir.
XS
SM
MD
LG