Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:20

Rəqib olmaq ABŞ və Çinin alnına yazılmayıb


ABŞ Prezidenti Barak Obama Çİnə 3 günlük rəsmi səfərə gəlib. Noyabrın 16-da Obamanın Pekində Çin prezidenti Hu Cintao ilə rəsmi şam yemyi arxasında görüşü gözlənilir.

Amerika və Çin prezidentlərinin noyabrın 17-də iki ölkə arasındakı ticarət məsələlərini, Şimali Koreya və İranın nüvə proqramlarını, iqlim dəyişikliyiylə mübarizəni müzakirə etməsi planlaşdırılıb.

Pekinə gəlməzdən öncə Şanxayda olarkən Obama deyib ki, "Çin və ABŞ-ın alnına həmişə rəqib olmaq yazılmayıb". Obama prezident seçiləndən sonra ilk dəfə Asiya turnesinə çıxıb.
XS
SM
MD
LG