Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 00:15

Tükmənistanda insan haqları fəalı azadlığa çıxdı


Türkmənistanın hakim dairələri insan haqları fəalı Andrey Zatokanı həbsdən azad edib.

Human Rights Watch təşkilatının məlumatına görə ekoloqa kəsilmiş 5 il həbs cəzası cəriməylə əvəz olunub.

Ona həmçinin əmlakından imtina etməklə ölkədən çıxmaq təklif olunub.

Zatoka yoldan ötən sakini döyməkdə ittiham olunurdu.

Amma hüquq müdafiəçiləri həbsin qanunsuz və qondarma olduğunu deyirlər.

Zatokanın özü isə deyir ki, yerli dissidentlərlə görüşdüyünə görə cəzalandırılıb.
XS
SM
MD
LG