Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:43

Körpələr ilk gündən öz dillərini yamsılayırlar


Tədqiqat zamanı 60 sağlam körpənin ağlamağı lentə yazılıb və təhlil olunub
Tədqiqat zamanı 60 sağlam körpənin ağlamağı lentə yazılıb və təhlil olunub
Sən demə, yeni doğulmuş körpələr ağlayarkən öz doğma dillərinin intonasiyasını yamsılayırlar. Bununla da onlar öz dillərinin ilkin elementlərini öyrənməyə başladıqlarını ifadə edirlər. Almaniyalı alimlər bu nəticəyə gəliblər. Onların araşdırması «Current Biology» jurnalında dərc olunub.

Alimlər həmçinin müəyyən ediblər ki, körpələr doğulan andan müəyyən səsləri, məsələn, valideynlərinin səslərini tanıya bilirlər, amma onları yalnız 12 həftədən sonra yamsılayırlar.

Bununla da Almaniyadakı yeni tədqiqat üzə çıxarıb ki, körpələrin dil qabiliyyəti bu vaxtadək düşünüldüyündən daha tez inkişaf etməyə başlayır.

«Bizim araşdırma dilin inkişafının ilk toxumlarını səpmək üçün ağlamağın vacibliyini üzə çıxarıb» – «Würzburg» Universitetində tədqiqata başçılıq edən professor Kaslin Vermk belə deyir.

DOĞMA DİILƏ UYĞUN «AĞLAMA MELODİYALARI»

Tədqiqat zamanı 60 sağlam körpənin ağlamağı lentə yazılıb və təhlil olunub. Onlardan 30-u fransız dilli ailədə, 30-u isə alman dilli ailədə doğulmuş körpələr olub. Körpələrin ağlamaq səsi onlar 3-5 günlük olarkən doğum evində lentə yazılıb. Təhlillər körpələrin «ağlama melodiyaları» arasındakı fərqi və onun öz doğma dillərinə uyğunluğunu açıq-aydın üzə çıxarıb.

Fransız körpələr yüksələn xətt üzrə, almaniyalılar isə enən xətt üzrə melodiya ilə ağlamağa meyllidirlər. Bu da, tədqiqatçılara görə, iki dilin səciyyəvi xüsusiyyətləri arasındakı fərqliliyə uyğundur.

«Alman dilində misal üçün, «ata» sözünü deyərkən, birinci hecanı vurğulayırsan, fransız dilində isə bu əksinədir» – deyə professor Anqela Friderik izah edir. Deyir ki, bu xüsusiyyət daha uzun ifadələr üçün də səciyyəvidir.

London Kollec Universitetindən Fonetika üzrə mütəxəssis Volker Dellvo deyir ki, melodiya xətti dilin əsas səciyyəvi xüsusiyyətlərindən biridir və körpələrin onu yamsıladığını təsəvvür edə bilir.

KÖRPƏLƏRİ MUSİQİ VƏ VALİDEYNLƏRİNİN SƏSLƏRİ SAKİTLƏŞDİRİR

Amma bu tədqiqata inanmayan elmi işçilər də var. London Kollec Universitetindən dilçilik üzrə mütəxəssis professor Con Uells deyir ki, bioloqlar və tibb üzrə mütəxəssislər həmişə dil haqqında cəfənqiyyat şeylər danışırlar, çünki onu başa düşmürlər:

«İngilis dilində olduğu kimi həm alman, həm də fransız dillərində də qalxma və enmələr var».
Tədqiqata başçılıq edən professor Kaslin Vermk isə deyir ki, araşdırma həm də belə bir ideyanı üzə çıxarıb ki, hələ ana bətnində olan körpələri musiqi və valideynlərinin səsləri sakitləşdirə bilər:

«Biz onu göstəririk ki, beyin dilin əsas aspektini və musiqini emal edəcək qədər yetkinləşir və nitq ehtimal ki, döl üçün stimul yaradır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG