Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:35

Çin Afrika ölkələrinə 10 milyard dollar borc vəd edib


Çin 3 il ərzində Afrika ölkələrinə 10 milyard dollar məbləğində sərfəli borc verəcək.

Bu barədə Misirdə keçirilən Çin-Afrika əməkdaşlıq formunda bəyan edilib.

Çin hökumətinin rəhbəri Ven Tsyabao bildirib ki, Pekin Afrikanın maliyyə potensialının artırılmasına kömək etmək fikrindədir.

Qərb ölkələri isə hesab edir ki, Çin öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün Afrikanın enerji ehtiyatlarına çıxmaqda maraqlıdır.

Çin tənqidi rədd edir.
XS
SM
MD
LG