Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

«Mən bilirəm bunun üçün pulu haradan tapmaq olar»


Milli Məclisin komitələrində 3-cü gündür ki, 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir. Əvvəlki iki günlə müqayisədə parlamentin Beynəlxalq Münasibətlər və İnsan Haqları komitələrində gedən müzakirələr gərgin keçib. Deputatlar Maliyyə Nazirliyinin nümayəndəsinə müxtəlif sahələrə ayrılan vəsaitlərlə bağlı suallar veriblər.

Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova elm sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib:

Rəbiyyət Aslanova
«2010-cu ilin dövlət büdcəsində elmi institutlara avadanlıqların alınması üçün cəmi 1,9 milyon manat ayrılırsa, biz hansı yenilikdən, hansı innavasion cəmiyyətdən, icadlardan, kəşflərdən, uğurlardan danışa bilərik. Bu vəsaiti nəinki yeni avadanlıqların alınmasına, heç AMEA-nın institutlarının laboratoriyaları arasında təmir üçün də bölüşdürmək mümkün deyil».

R.Aslanova deyir ki, o başa düşür ki, büdcəyə uyğun davranmaq lazımdır:

«Ancaq necə etmək olar ki, məsələn, elmə ayrılan xərcləri artıraq. Yeni maliyyə mənbələri tapmaq olarmı?».

Deputat Gülər Əhmədova isə həmkarının bu sualına belə cavab verib:

«Mən bilirəm bunun üçün pulu haradan tapmaq olar. Pul Bakının küçələrinə vurulan asfaltdadır. Pul bu gün asfaltlanıb, 15 gün keçəndən sonra qazılıb yenidən asfaltlanan, utanmazcasına yenə qazılıb, yenə asfaltlanan küçələrdədir.
Gülər Əhmədova
Pulu ordan çıxardıb Rəbiyyət Aslanovanın dediyi məsələlərə yönəltmək olar».

Maliyyə Nazirliyinin şöbə müdiri Fazil Fərəcov isə deyir ki, deputatlara məruzə olunan ancaq cari büdcə haqqında məlumatdır. Dövlət büdcəsindən başqa, Heydər Əliyev Fondunun vasitəsi ilə, xarici kreditlərin və qrantların cəlb olunması ilə də bu sahələrə maliyyə yönəldilir. Bu mənbələrdən başqa, büdcənin özündə də hər bir bölmədə ayrıca xərclər nəzərdə tutulur.

2010-cu ilin büdcə layihəsində təhsilə 1milyard 252 milyon, elmə isə 100 milyon manat ayrılıb. İqtidardan olan bəzi millət vəkilləri də hesab edirlər ki, bu vəsaitlə elmi, təhsili inkişaf etdirmək mümkün deyil.

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, görünür, hələ ki, hökumət üçün başqa sahələrə vəsait yönəltmək daha maraqlıdır. Amma ümumiyyətlə büdcədə bütün məsələlərlə - azalmalar, artmalarla bağlı konkret əsaslandırmalar olmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG