Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:45

Ağ Ev İrandan narahatdır


Ağ Ev İranda hökumət-əleyhinə aksiya keçirənlərin zorla dağıdılmasından narahatlığını bildirib.

İranın təhlükəsizlik qüvvələri noyabrın 4-də Tehranda müxalifətçiləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib. Bir neçə müxalifət fəalı həbs olunub.

İranda 1979-cu ildə ABŞ səfirliyinin tutulmasının 30-cu ildönümüylə bağlı antiamerika mitinqinin keçirildiyi bir vaxtda Tehranda müxalifət tərəfdarları prezident Əhmədinejata qarşı etiraz aksiyasına çıxıblar.

Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, Ağ Ev hadisəni izləyir.

Bu hadisədən əvvəl ABŞ prezidenti deyib ki, Amerika və İranın «şübhə, inamsızlıq və ziddiyyətlərdən» kənar irəliləməsini istəyir.
XS
SM
MD
LG