Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 21:09

Prezident avarçəkmə mərkəzinə 3 milyon manat da ayrıldı

Prezident İlham Əliyev Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar işlərin sürətləndirilməsini təmin etmək üçün 3 milyon manat ayırıb.

Bu haqda prezidentin noyabrın 3-də imzaladığı sərəncamda deyilir.

Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılıb.

Avarçəkmə Federasiyasından bildirirlər ki, mərkəzin gələn il istifadəyə veriləcəyi gözlənilir. Olimpiya mərkəzi 5 korpusdan ibarət olacaq və rəsmilərin bildirdiyinə görə, ən müasir tələblərə cavab verəcək.
XS
SM
MD
LG