Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:01

Karaciç bu gün ilk dəfə məhkəməyə çıxacaq


Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq. Bu haqda onun vəkilləri məlumat verib. Karaciç müdafiəyə hazırlaşmaq üçün daha çox vaxta ehtiyacının olduğunu deyib dünənki məhkəmə prosesində iştirak etməmişdi. Karaçıc vəkildən imtina edib, özü özünü müdafiə edir.

İttiham aktında Karaciç 1992-1995-ci illərdə müsəlmanlara və xorvatlara qarşı aparılan etnik təmizlənməyə rəhbərlik etmiş şəxs kimi tanınır. O, soyqırımda, o cümlədən 1995-ci ildə Srebrenitsada 7 min müsəlmanın qətliamında ittiham olunur. Karaciç özü bu ittihamları rədd edir.

XS
SM
MD
LG