Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 16:07

Abdulla Abdulla seçkidə iştirakdan imtina etdi


Əfqanıstanda prezidentliyə namizəd Abdulla Abdulla seçkinin ikinci mərhələsində iştirakdan imtina edib.

O Kabildə keçirilmiş mətbuat konfransında deyib ki, indiki şəraitdə seçkinin ədalətli olacağına təminat yoxdur.

Abdullanın bundan əvvəl rəqibi və indiki prezident Həmid Kərzaiylə apardığı danışıqlar nəticə verməmişdi.

Abdulla Abdulla Mərkəzi Seşki Komissiyasının sədri Əzizulla Lodinin istefasını və seçkinin ədalətli olacağına təminat verilməsini tələb edirdi.

Avqustun 20-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində çoxsaylı qanun pozuntuları qeydə alındığına görə noyabrın 7-də təkrar seçkilər keçirilməlidir.
XS
SM
MD
LG