Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 13:24

Bakıda kino kompleksi tikiləcək


Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, Kino Evinin inşası üçün Bayıl qəsəbəsində yer ayrılıb. Kompleks zonasında qədim Bakının arxitekturasına uyğun tikiləcək binalar bütöv bir ansambl təşkil edəcək.

Xarici görünüşü M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasını xatırladacaq Kino Evində filmlərin nümayişi və konsertlərin təşkili üçün müasir standartlara uyğun şərait yaradılacaq.

Kino Evi ilə bağlı layihə tezliklə dövlət qurumlarına təqdim ediləcək.

AzərTAc

XS
SM
MD
LG