Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:09

Pakistanda ölənlərin sayı 105-ə çatıb


Pakistanda partlayışda ölənlərin sayı 105-ə çatıb. Partlayış oktyabrın 28-də ölkənin şimal-qərbində Peşəvərdə izdihamlı bazarda olub.

Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi deyib ki, hücum Cənubi Vəziristanda yaraqlılara qarşı əməliyyatları davam etməyə mane olmayacaq.

Dünənki partlayışdan bir qədər əvvəl ABŞ Dövlət katibi Hillari Klinton İslamabada gəlib.

Səfərdə məqsəd Pakistana güclənməkdə olan Taliban və Əl-Qaidə yaraqlıları ilə mübarizədə dəstəyini təklif etməkdir.
XS
SM
MD
LG