Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 21:00

Gürcüstanın keçmiş prezidentinin oğlunu tutdular


Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu həbs edilib. Onu öz qonşusunu güllələməkdə günahlandırırlar. Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, Tsotne Qamsaxurdiya çərşənbə axşamı gecə tutulub. Yaralanan şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sözçü Şota Utiaşvili cinayətin motivləri haqda nəsə deməkdən imtina edib.

Tsotne Qamsaxurdiya keçən ilin sentyabrında Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə həbs edilmişdi, amma sonradan zaminə buraxılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG