Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 08:21

Beynəlxalq müfəttişlər İranın nüvə zavoduna baş çəkəcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin 4 müfəttişi Irandadı.

Onlar bu gün Qum şəhərindəki uran zənginləşdirilən zavoda baş çəkməlirlər.

Tehran bu zavodu ötən ay aşkara çıxarıb.

İran bu günlərdə onun nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlliylə bağlı beynəlxalq aləmin təklifinə rəsmi cavab verməlidir.

Tehrana təklif edilmiş planda onun nüvə proqramı üçün zənginləşdirilmiş uranın İranda yox, Rusiyada istehsal olunması nəzərdə tutulur.

Artıq ABŞ, Rusiya və Fransa bu təklifi qəbul ediblər.

ABŞ prezidenti Barak Obama Fransa və Rusiya prezidentlərinə telefon açaraq bu sahədə göstərdikləri səylərə görə təşəkkürünü bildirib.
XS
SM
MD
LG