Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:28

Azərbaycanın Avstriyadakı səfiri amerikalı həmsədrlə görüşüb


Azərbaycanın Avstriyadakı səfiri və ATƏT yanında daimi nümayəndəsi Fuad İsmayılov Vyanada səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bratke ilə görüşüb.

Fuad İsmayılov həmsədrləri Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yönəlmiş səyləri artırmağa çağırıb.

Səfir bildirib ki, son vaxtlar Ermənistan tərəfinin münaqişənin həlli ilə bağlı artıq razılaşdırılmış bir sıra məsələlərdən geri çəkilməsi, qeyri-konstruktiv mövqe nümayiş etdirməsi müşahidə olunur və həmsədrlər bunun qarşısını almaq üçün öz təsir imkanlarından istifadə etməlidirlər.
XS
SM
MD
LG