Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:12

Pakistanda 140-dan çox yaraqlı öldürülüb


Pakistanın hökumət qoşunları Cənubi Vəziristandakı Kotkai kəndini ələ keçiriblər.

Yerli talibançıların lideri Hakimilla Məsud bu kənddən olduğundan döyüş ağır olub.

Pakistan ordusu oktyabrın 17-dən Cənubi Vəziristanda talibançılara qarşı irimiqyaslı əməliyyata başlayıb.

Komandanlığın məlumatına görə indiyədək getmiş döyüşlərdə 140-dan çox talibançı və 20 əsgər ölüb.
XS
SM
MD
LG