Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Prokuror «Zamin Bank»ın filialının sabiq müdirinə 10 il cəza istəyib


«Zamin Bank»ın Mərkəz filialının sabiq direktoru Vidadi Xudiyevin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəməsində dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 illik həbs cəzası təyin olunmasını xahiş edib.

Vidadi Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda ittiham olunur. İttiham aktına görə, o, Bakı şəhər sakinləri Orxan Şirinovun, Sərdar Qəribovun və daha bir neçə nəfərin etibarlarından sui-istifadə edərək külli miqdarda pul vəsaitlərini mənimsəyib.
XS
SM
MD
LG