Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:35

Abutalıbov 5 ay əvvəlki sərəncamını niyə dəyişib?


Azadlıq:

Abutalıbov 5 ay əvvəl verdiyi sərəncamını niyə dəyişib?

Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin bir çoxu Hacıbala Abutalıbovun qanunsuz hərəkətləri və yerli məhkəmələrin bu əməllərə düzgün hüquqi qiymət verməməsilə bağlıdır.
Bu iş üzrə məhkəmə qətnaməsinin çıxarılması uzun çəksə də, sonda nəticə şikayətçi şirkətin xeyrinə olub. Məhkəmə 10 avqust 2005-ci il tarixli qətnamə ilə “Faber”in iddiasını təmin edərək Abutalıbovun sərəncamının ləğv olunmasına dair qərar çıxarıb. Məhkəmənin qərarına əsasən, həmçinin 0,4 hektarlıq torpaq sahəsi üzərində firmanın istifadə hüququ bərpa olunub. Şirkət rəhbərliyi iddia ərizəsində mənəvi ziyanın müqabilində meriyadan 50 milyon manat kompensasiya tutulması məsələsini də qoyub. Lakin məhkəmə iddianı bu hissədə baxılmamış saxlayıb.

Yeni Azərbaycan:

Türkiyədə heç bir şəkildə Azərbaycan bayrağını təhqir etməyə imkan verilməz

Elmar Məmmədyarov: «Bursada Azərbaycan bayrağına hörmətsizlik edənlərin cəzalandırılması qərara alınıb, biz də öz tərəfimizdən xüsusi tədbirlər görəcəyik».
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər.
Elmar Məmmədyarov isə açıqlamasında əvvəlcə Əhməd Davudoğlu ilə təkbətək, sonra isə birgə Prezident İlham Əliyevlə görüşdüklərini deyib: «Bir millət, iki dövlət» prinsipi qüvvəsində qalır. Görüşlərdə bayraqlarla bağlı xoşagəlməz hadisələr müzakirə olundu. Fikirlərimiz üst-üstə düşdü. Əhməd Davudoğlu dedi ki, Bursada Azərbaycan bayrağı ilə bağlı hadisə barədə istintaq aparılacaq, cinayət işi açılacaq. Həmin hadisəni törədənlər öz cəzalarını alacaqlar. Azərbaycanla Türkiyə arasında dostluq, məhəbbət, qardaşlıq necə vardısa, elə də qalacaq».

Müsavat:

İran Azərbaycanla viza rejimini ləğv etmək istəyir

Elxan Poluxov: «Milli maraqlarımıza uyğun olaraq təklifə baxa bilərik»

«İran bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etmək məsələsini hökumətin gündəminə gətirib». Bu açıqlamanı jurnalistlərə İranın xarici işlər naziri Manuçöhr Motakki verib. O, artıq bununla bağlı layihəni hökumətə təqdim etdiklərini bildirib: «Qanuni icazənin verilməsi barədə xahişi Nazirlər Heyətinə təqdim etmişik və qərar təsdiqləndikdən sonra Azərbaycan Respublikası vətəndaşlarının viza almadan İrana daxil olmalarına şərait yaranacaq»..
Ekspertlərin fikrincə, hazırda qonşu dövlətin Azərbaycanla bağlı belə bir açıqlamanın verilməsi təsadüfi xarakter daşımır. Politoloq Qabil Hüseynli təklifin indi meydana çıxmasının Azərbaycanla İran arasında aparılan qaz danışıqlarından qaynaqlandığını deyir.

Bizim yol:

Xəzərə əsas təhlükə haradan gəlir?

Bakıda Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı sahilyanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində toplantı keçirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfovun sədrliyi ilə keçirilən müzakirələrə İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfəri, eləcə də Rusiya, Qazaxıstan və Türkmənistandan olan nümayəndələr iştirak ediblər.
Nazir müavini çıxışı zamanı Xəzərin hüquqi statusu ətrafında yaranmış vəziyyətə də toxunub: «Keçmiş SSRİ-nin dağılmasından sonra Xəzərin dənizinin ətrafında yeni geosiyasi şərait yaranıb. Artıq Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrilib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG