Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:25

İranla müzakirələr bərpa olunub


İranın nüvə proqramıyla bağlı danışıqlar bərpa olunub.

ABŞ, Fransa, Rusiya və İran rəsmiləri Vyanada aparılan danışıqlarda oktyabrın 1-də əldə olunmuş ilkin razılaşmanın detallarında razılığa gəlməyə çalışırlar.

Razılaşmada İrandan Rusiya və Fransaya az zənginləşdirilmiş uran göndərilməsi və bu ölkələrdə İran üçün nüvə yanacağı istehsal olunması nəzərdə tutulur.

Qərb ölkələri hesab edirlər ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Danışıqlar bazar ertəsi başlanmışdı.

Amma İran uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində olmadığından çərşənbə axşamı yenidən düyünə düşdü.
XS
SM
MD
LG