Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Bakının xeyrinə casusluq edən erməni həbs edildi


Ermənistanda Azərbaycanın xeyrinə casusluq edən şəxs həbs olunub. Qevorq Ayrapetyan Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

«Novosti Armeniya-news.am» saytı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayrapetyan ehtiyatda olan podpolkovnikdir.

O, 2007-ci ildə hərbi və xidməti nizam-intizamı kobud şəkildə pozduğuna görə Ermənistanın Silahlı Qüvvələrindən çıxarılıb.

Ona qarşı «Casusluq formasında dövlətə xəyanət» maddəsi ilə cinayət işi açılıb.

Ayrapetyanla Azərbaycanın xüsusi xidmət orqanları arasında əlaqə yaradan əcnəbi vətəndaş da həbs olunub.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi məlumatı təkzib edib, onu «cəfəngiyat» adlandırıb.

XS
SM
MD
LG