Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Kommunistlər də Dumaya qayıdır


Oktyabrın 11-də keçirilmiş yerli seçkilərdə saxtakarlıq olduğunu deyərək parlamenti tərk etmiş Rusiya kommunistləri geri dönürlər. Onların lideri Gennadi Züqanov AzadliqRadiosunun rus xidmətinə bildirib ki, onlar 2010-12-ci illərin federal büdcəsinin müzakirəsindən kənarda qalmaq niyyətində deyillər.

Züqanov deyib ki, oktyabrın 21-də büdcə müzakirə olunanda kommunist deputatlar Dumada olacaqlar.

Kommunist, Liberal Demokrat partiyalarının deputatları oktyabrın 14-də seçkinin saxtalaşdırlması ittihamı ilə Dumanı tərk etmişdilər. Prezident Dmitri Medvedev onlarla görüşüb narazılıqlarını dinləməyə razılıq verəndən sonra Liberal Demokratlar geri dönüblər.

Bu gün Dumanın spikeri Boris Qrızlov bildirmişdi ki, Dumaya gəlmədikləri hər gün üçün kommunist deputatların maaşları kəsiləcək.
XS
SM
MD
LG