Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Əfqanıstanda prezident seçkisinin ikinci turuna qərar verildi


Əfqanıstanda avqustun 20-də keçirilmiş prezident seçkisinin nəticəsini araşdıran komissiya hazırkı prezident Həmid Karzayinin qələbə üçün lazım olandan çox cüzi şəkildə az – 49.67 faiz səs toplayıb. Qələbə üçün isə ona 50 faiz səs lazım idi.

Ona görə də prezident seçkisinin ikinci turu keçiriləcək. “Reuters” agentliyi məlumat verir ki, yeni seçki noyabrın 7-ə təyin olunub. İkinci turda yarış Həmid Karzayi ilə Əfqanıstanın keçmiş Xarici İşlər naziri Abdulla Abdulla arasında olacaq.

Həmid Karzayi bu qərar bəyəndiyini, onun əfqan demokratiyasının inkişafı yönündə bir addım olduğunu bildirib.

Avqustun 20-də keçirilmiş prezident seçkisinin ilkin məlumatında isə Karzayinin 55 faiz, Abdullanın isə 28 faiz səs topladığı bildirilmişdi. müxalifətin seçkidə qanun pozuntuları barədə iddilarından sonra BMT-nin rəhbərliyində bir müstəqil komissiya yaradılaraq nəticələr yenidən sayılmışdı.
XS
SM
MD
LG