Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

İranda partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb


İranın dövlət televiziyasının məlumatına görə, bazar günü ölkənin şərqində baş verən partlayışda ölənlərin sayı 42-ə çatıb. Ölənlərin əksəriyyəti İnqilab Qvardiyasının üzvləri, o cümlədən 7 yüksək vəzifəli komandirdir.

Partlayış İnqilab Qvardiyasının rəsmiləri Pişin şəhərində yerli qəbilə liderlərilə görüş keçirərkən törədilib. Hadisəyə görə cavabdehliyi Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən “Jundallah” (Allahın Əsgərləri) adlı sünni qurup üzərinə götürüb.

İran prezidenti Mahmud Əhmədinejat terror aktının törədilməsində Pakistanın xüsusi xidmətinin də əli olduğunu deyib. Pakistanın buna rəsmi cavabı hələ ki yoxdur.

XS
SM
MD
LG