Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:23

«Son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb»


Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir

Bunu oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda prezidenti İlham Əliyev deyib.

AzərTAc-ın yaydığı məlumata görə, Əliyev daha sonra bildirib ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmək fikrində deyil:

«Bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb. Ancaq Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəcək».

Prezident hesab edir ki, bölgədə status-kvo yalnız Azərbaycanın xeyrinə dəyişməlidir. Əks halda Azərbaycan vəziyyətlə barışmayacaq. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz.
XS
SM
MD
LG