Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Nəticələr prezidentin xeyrinə olmadı


Əfqanıstanda prezident seçkilərində saxtakarlıq iddialarını araşdıran komissiya hazırkı prezident Həmid Karzayinin ilkin elan olunandan daha az səs aldığını aşkar edib.

"The Washington Post" yazır ki, səslərin yenidən sayılması zamanı ortaya çıxıb ki, hazırkı Həmid Karzayi səslərin 47 faizini alıb. Onun ən yaxın rəqibi isə keçmiş xarici işlər naziri Abdulla Abdulla olub.

Rəsmi nəticələr bu cür elan olunsa, Əfqanıstanda prezident seçkisinin ikinci turu keçirilə bilər.

BMT-nin himayəsində olan səslərin yenidən sayılması üzrə komissiyanın avqustun 20-də keçirilmiş prezident seçkisi barədə yekun rəqəmləri sabah – şənbə günü elan edəcəyi gözlənir.

Seçkinin elan olunan ilkin nəticəsində qeyd edilirdi ki, Həmid Karzayi səslərin 54,6 faizini, onun əsas rəqibi Abdulla Abdulla isə 28 faizini toplayıb.
XS
SM
MD
LG