Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 02:32

Avstraliyada 5 nəfər terrorda günahkar bilinir


Avstraliyada 5 nəfər terror hazırlamaqda günahkar bilinib. Onları ömürlük həbs cəzası gözləyir.

Həmin şəxslər 2005-ci ildə reydlər zamanı həbs olunub.

Axtarış zamanı tutulan adamlarda partlayıcı hazırlamaq üçün kimyəvi maddələr və silah aşkarlanıb. İttiham olunanlardan birinin Pakistanda yaraqlıların düşərgəsində təlim keçdiyi müəyyənləşib.

İstintaq materiallarına görə islamçı ekstremistlər Avstraliya hökumətini Yaxın Şərqdəki siyasətindən çəkindirmək üçün terror hazırlayırmış.

Avstraliyanın İraq və Əfqanıstanda hərbçiləri var.
XS
SM
MD
LG