Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 22:05

Partlayış camaatı panikaya salmaq məqsədiylə törədilib


Moldovada Çərşənbə gücəsi baş verən və 40 nəfərin yaralanmasıyla nəticlənən qumbara partlayışı terror aktı olub. Moldovanın Baş Prokuroru Valeri Zubko oktyabrın 15-də belə deyib.

Baş prokurorun sözlərinə görə, əvvəllər onlar hadisənin xuliqanlıq, sui-qəsd və başqa motivlərlə bağlı olduğunu düşünsələr də, araşdırma nəticəsində məlum olub ki, partlayışın məqsədi insanları panikaya salmaq olub.

Kişinyov şəhərinin əsasının qoyulmasıyla bağlı yubliley tədbirləri çərçivəsində açıq havada keçirilən rumıniyalı müğənninin konserti zamanı qumbara partladılmışdı. Hadisədə xəsarət alanların çoxu bir gün sonra evə buraxılsa da, 5 nəfərin yaralının müalicəsi hələ davam etdirilir.
XS
SM
MD
LG