Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:46

Türkiyə İraq qazını Avropaya çatdıracaq


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İraqlı həmkarı Nuri Əl Maliki enerji sahəsində əməkdaşlıq, kürd yaraqlılarıyla birgə mübarizə, Dəclə və Fərat çaylarının suyunun paylaşılmasıyla bağlı sazişlərə imza atıblar. Ümumilikdə Türkiyə baş nazirinin 8 nazirlə birgə Bağdada səfəri çərçivəsində 44 saziş imzalanıb.
Sazişlərdən biri də İraq qazının Türkiyə ərazisiylə Avropaya tranziti haqda anlaşma memarandumudur.

İraqın şimalında məskunlaşan PKK yaraqlılarının Türkiyəyə davamlı terror hücumları üzündən Türkiyə və İraq arasındakı münasibətlər keçmişdə gərgin olub. 2003-cü ildə İraqın işğalından sonra qurulan yeni Bağdad rejimiylə Ankaranın əlaqələri son vaxtlar genişlənir. İki ölkə arasındakı ticarət dövriyyəsi ildə 5 milyard dolları keçir.
XS
SM
MD
LG