Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:21

Moldovada partlayışda yaralananlardan 5-nin vəziyyəti ağırdır


Moldova paytaxtı Kişinyovda qumbara partlaması nəticəsində 40 nəfər yaralanıb. Partlayış çərşənbə günü gecə minlərlə gəncin açıq hava konsertinə toplaşdığı zaman baş verib.

Təcili yardım xəstəxanasından bildiriblər ki, yaralılardan çoxu bir gün sonra artıq evə buraxılıb, ciddi xəsarət alan 5 nəfər isə hələ müalicə edilir.

Daxili İşlər NAziri Viktor Katan partlayıcının hərbi qumbara olduğunu təsdiqləyib, amma qumbaranı kimin – hansı məqsədlə partladığının hələ araşdırıldığını deyib.

Oktyabrın 15-də isə, Kişinyovda qumbarayla silahlandığını iddia edən bir kişi Baş prokurorun ofisi qarşısına gəlib və prokuror dünənki partlayışla bağlı məlumat verməsə özünü partladacağıyla hədələyib. Sonradan həmin şəxs polisə təslim olub.
XS
SM
MD
LG