Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:30

ABŞ Rusiyanın dəstəyinə arxalanır


«ABŞ inanır ki, İrana qarşı yeni beynəlxalq sanksiyaların qoyulmasına ehtiyac olarsa, Rusiya bu addımı dəstəkləyəcək». ABŞ dövlət katibi Hillari Klinton Amerikanın «ABC» televiziyasına müsahibəsində belə deyib.

Klinton bu həftə Rusiyada səfərdə olub, Rusiya prezidenti və XİN ilə görüşüb.

Rusiya rəsmiləri bildirir ki, İrana qarşı sanksiyalardan danışmaq vaxtından qabaqdır.

Qərb İranın uranı zənginləşdirməyi dayandırmasını istəyir, ehtiyatlanır ki, nüvə silahı hazırlaya bilər. Tehransa nüvə proqramının dinc məqsədli olduğunu deyir.

XS
SM
MD
LG