ABŞ prezidenti Barak Obamanın Nobel Mükafatına layiq görülməsinə dünyadan qarışıq reaksiyalar gəlir.
Fransa prezidenti Nikola Sarkozi bildirib ki, bu mükafat “amerikalıların dünyanın könlünü ala bildiklərinin” əlamətidir.
Fələstin rəhbərliyi mükafatın Obamanı Yaxın Şərqə sülhün əldə edilməsinə daha yaxından kömək etməyə həvəsləndirəcəyini deyiblər. İranın prezidentinin müşaviri deyib ki, bu, Obamanı dünyadakı ədalətsizliyin aradan qaldırılması istiqamətində çalışmağa sövq edəcəyinə ümidlidirlər.
Amma bədbinlər Obamanın doqquz aylıq prezidentlik dövrünün Nobel Mükafatı üçün hələ tez olduğunu bildiriblər.
Özü də həmin mükafatı almış Polşanın prezidenti Lex Valesa deyib ki, Obamanın Nobel mükafatı alması hələ tez idi.
Beynəlxalq İnsan Haqları Federasiyası da Obamanı təbrik edib, amma əlavə edib ki, Çeçenistanda olan insan haqları fəalları həmin mükafata daha layiq idilər.