Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Avropa Məhkəməsi Azərbaycan hökumətini 10 min avro cərimələdi




Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda birləşmə hüququnun pozulması ilə bağlı qərar qəbul edib. Məhkəməyə müraciət etmiş ərizəçi isə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti olub.

Cəmiyyət Avropa Məhkəməsinə müraciət edib ki, yerli məhkəmələrdə hüquqları pozulur.

Avropa Məhkəməsi mübahisədə Təbiəti Mühafizə Cəmiyyətini haqlı bilib. Qərara görə Azərbaycan məhkəmələri qeyri-hökumət təşkilatını ləğv etməklə Avropa İnsan Haqları Konvensiyasının birləşmə hüququnun təmin edilməsi prinsipini pozub. Ona görə də Azərbaycan hökuməti ərizəçi təşkilata vurulmuş mənəvi zərərə görə 8.000 avro, məhkəmə xərclərinə görə isə 2.000 avro ödəməlidir.
XS
SM
MD
LG