Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:32

Ermənistan Təhlükəsizlik Şurası Türkiyəylə imzalanacaq protokolları təsdiqlədi


Ermənistanın Milli Təhlükəsizlik Şurası Türkiyəylə münasibətlərin yaxşılaşdırılmasıyla bağlı protokolların imzalanmasına etiraz eləmir və onları təsdiqləyib. Baş nazir, Daxili və Xarici İşlər, Milli Təhlükəsizlik və Müdafiə nazirlərinin, Baş prokuror və Parlamentin spikerinin iştirakıyla keçirilən iclasda belə qərar verilib. Güniş tərkibli iclasda iqtidar partiyaları, diasporanın nümayəndələri, erməni katolikosu də iştirak eləyib.

Təhlükəsizlik Şurasının katibi Artur Baqdasarayan keçirdiyi mətbuat konfransında deyib ki, onlar protokolların ölkənin milli təhlükəsizliyinə zidd olmadığını qərara alıblar.
XS
SM
MD
LG