Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 01:07

Əliyev, Sarkisyan və Medvedev görüşəcək


«Rusiya prezidenti Dmitri Medvedev Moldovaya səfəri zamanı Ermənistan və Azərbaycan prezidentləri ilə üçtərəfli görüş keçirəcək», bu barədə jurnalistlərə oktyabrın 7-də RF Prezidentinin mətbuat katibi Natalya Timakova bildirib.

Bununla yanaşı, RİA Novosti-yə Prezident Administrasiyasındakı mənbənin verdiyi xəbərə görə, «bu görüşdən heç bir irəliləyiş gözlənilmir, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addımdır».

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçiriləcək. /Trend/
XS
SM
MD
LG