Oktyabrın 6-da Müsavat Partiyasının qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında birləşən siyasi partiyaların liderlərinin qapalı məsləhətləşmələri keçirilib.
Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna bildirib ki, toplantıda əsasən hərəkat daxilindəki münasibətlər müzakirə edilib:
«Hələlik bəlli olan odur ki, bəzi partiyalar bələdiyyə seçkilərində iştirakın formaları ilə bağlı yekun qərar verməyə hazır deyillər. Buna görə də onlara bir az zaman tanındı ki, mövqelərini dəqiqləşdirib ortaya qoysunlar».
Müsavatın Ümid Partiyası qarşısında seçki komissiyalarından geri çəkilməklə bağlı təklifinə gəlincə, İsa Qəmbər deyib ki, bu, şərt yox, müxalifətin həqiqi birliyinə nail olmaq üçün vacib prinsiplərdən biridir:
«Ölkədə demokratikləşmə yalnız azad və ədalətli seçkilərlə mümkündür. Belə seçkilər üçün isə əsas şərt müstəqil seçki komissiyalarının formalaşmasıdır. Bu gün biz hakimiyyətin «seçki komissiyalarında müxalifət də var» deməsinə imkan verməməliyik. Hesab edirəm ki, müxalifət partiyaları bu prinsipi qəbul etməlidir. Bu məsələ ətrafında diskussiya gedir. Yəqin ki, yaxın zamanlarda mövqelər aydınlaşacaq».
İsa Qəmbər onu da bildirib ki, hərəkatın seçkidə bərabər iştirakını real sayır.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, onlar qurumdakı bütün partiyalara şamil olunan qərarların verilməsinin tərəfdarıdırlar:
«Müsavat Partiyası isə daha lokal, konkret desək, Ümid Partiyasına yönəlik addımlar atılmasının tərəfdarıdır».
İ.Ağazadə məsləhətləşmələrin yaxın günlərdə davam edəcəyini deyib. Onun sözlərinə görə, Ümidin blokdan çıxması məsələsi müzakirə mövzusu deyil.
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı bu il yanvarın 9-da yaradılıb.
Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrında keçirilməlidir.