Taliban BMT-nin Dünya Ərzaq Proqramının binasında baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Paytaxt İslamabadda partlayışda 5 nəfər ölüb.
Taliban sözçüsü Əzim Tarıq «Associated Press» agentliyinə deyib ki, xarici təşkilatın işi «müsəlmanların marağında» olmayıb.
«Reuters»ə müsahibəsində isə Taliban rəsmisi BMT-ni Əfqanıstanla sərhəddə - zorakılığa göz yummaqda günahlandırıb. Bu regiona ABŞ raket zərbələri endirir.
Oktyabrın 5-də olan partlayışda ölənlərin 4-ü pakistanlı, biri iraqlı olub.
Bu hadisədən sonra BMT Pakistandakı ofislərini müvəqqəti olaraq bağlayıb.