Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:36

Hər on körpədən biri vaxtından əvvəl doğulur


Dünyada hər on körpədən biri vaxtından əvvəl doğulur və nəticədə hər il milyondan çoxu ölür. Bu məlumatı Amerikanın körpə sağlamlığı ilə bağlı təşkilatı yayıb. Məlumatda deyilir ki, il ərzində 13 milyon erkən doğuşun 85 faizindən çoxu Afrika və Asiyada qeydə alınıb. Buna da başlıca səbəb pis qidalanma və sağlamlığa az qayğı göstərmədir.

Məlumatda o da qeyd olunub ki, Birləşmiş Ştatlarda da keçən əsrin son rübündə erkən doğuşlar 36 faiz artıb. Çünki getdikcə daha çox qadınlar 35 yaşından sonra və ya dava-dərman hesabına hamilə qalırlar.

XS
SM
MD
LG