Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:02

Bakıda binalar qızdırılacaq


Qarşıdan gələn payız-qış mövsümündə Bakıda 179 məktəb, 148 uşaq bağçası, 75 səhiyyə ocağı və 156 digər sosial obyektin istiliklə təmin edilməsi nəzərdə tutulub.

“Azəristiliktəchizat”-ın məlumatına görə, bu il yaşayış binalarının istiliklə təmin edilməsinin yaxşılaşdırılması və bu cür binaların sayının artırılması nəzərdə tutulub.

Hazırda 240 yaşayış binasını qızdırmaq üçün yeni xətlərin çəkilməsilə bağlı əsaslı təmir layihəsi hazırlanıb.

Ümumiyyətlə, payız-qış mövsümündə Bakıda 2 min 285 yaşayış binasının qızdırılması nəzərdə tutulub.

XS
SM
MD
LG