Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:15

Maştağa məscidində gərginlik


Sentyabrın 30-dan başlayaraq Maştağa Cümə məscidində gərginlik yaşanır. Kənd sakinlərinin sözlərinə görə, Maştağa məscidinin axundu və daha bir neçə din xadimi bir neçə gündür ki, davamlı olaraq hüquq-mühafizə orqanlarına çağırılır.

Onlardan biri 10 ilə yaxındır Maştağa Cümə məscidinin mədrəsəsində dərs deyən İran vətəndaşıdır. Yerli sakinlərə görə, mədrəsə bir neçə gündür dayandırılıb. İran vətəndaşı olan mollaya isə 2 günə Azərbaycanı tərk etməsilə bağlı xəbərdarlıq edilib.

Əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi faktı təkzib edir.
XS
SM
MD
LG