Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

İcra başçısının qətlində şübhəli bilinən şəxs saxlanıb


Moskvada Dağıstanın Xasavyurt rayonunun icra hakimiyyətinin başçısı Alimsultan Altaxanovun qətlində iştirakda şübhəli bilinən şəxs saxlanılıb. Prokurorluğun məlumatına görə, söhbət hücum edənləri maşınında aparan sürücüdən gedir.

Qətl hadisəsi bazar günü axşam baş verib. İcra başçısı Alimsultan Altaxanov və onun cangüdəninə küçədə atəş atılıb. Cangüdən yaralanıb.

Dağıstanda eyni vaxtda başqa bir yüksək vəzifəli dövlət rəsmisi - Daxili İşlər Nazirliyinin cinayət-axtarış bölməsinin rəis müavini Alimsultan Atuyev də qətlə yetirilib. Onun qardaşı oğlu da öldürülüb.

İstintaq hər iki qətl arasında əlaqənin olub-olmadığını araşdırır.

XS
SM
MD
LG