Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:01

Hondurasdakı rejim Braziliyaya 10 gün vaxt verdi


Hondurasda çevriliş nəticəsində hakimiyyət başına gəlmiş rejim Braziliyaya 10 gün vaxt verib ki, ölkədəki Braziliya səfirliyində gizlənən devrilmiş Honduras prezidenti Zelayanın "öz sığınacağından istifadə edib ölkədə iğtişaş yaratmaq cəhdlərinə son qoysun".

Zelayanın tərəfdarları axır günlərdə aktivləşiblər və aksiyalar keçirirlər.

Bir sıra Latın Amerikası ölkələri, o cümlədən Braziliya Zelayanı öz vəzifəsinə qaytarmağın tərəfdarıdır.

Hakimiyyətə gələn hərbçilər isə deyirlər ki, Zelaya Konstitusiyanı dəyişib öz prezidentliyini uzatmaq cəhdinə görə ölkədən qovulmuşdu.
XS
SM
MD
LG