Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 11:59

Azərbaycan şahmatçısı Avropa çempionu oldu


İspaniyanın Orense şəhərində blits şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycanın yeganə təmsilçisi beynəlxalq qrossmeyster Vüqar Həşimov mübarizəni mütləq çempionluqla başa vurub.

O keçirdiyi görüşlərdə İspaniya, Peru, Serbiya, Fransa, Kuba, Ukrayna və Niderlanddan olan rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Həşimov 10 turdan 9,5 toplayaraq ən yaxın rəqibini 2 xal üstünlüyü ilə geridə qoyub.

Bu çempionatda 32 ölkədən 600-dən çox zəka sahibi iştirak edib.
XS
SM
MD
LG