Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 02:07

Qəddafi üzr istəyib


1988-ci ildə Lockerbie bombardmanı zamanı həyatını itirmiş bir neçə adamın yaxınları Liviya lideri Müəmmar Qəddafi ilə görüşüblər.

Qəddafi ilə görüşmüş Lisa Gibson bildirib ki, onlar Liviya lideri ilə sentyabrın 23-də BMT-dəki Liviya missiyasında görüşüblər. 10 dəqiqə çəkən görüşdə Müəmmar Qəddafi bu hadisəyə görə qurbanların yaxınlarından üzr istəyib.

1988-ci ilin dekabrında Londondan ABŞ-a uçan təyyarə göydə vurulmu, onun qalıqları Şotlandiyanın Lockerbie şəhərinə tökülmüşdü. Təyyarədə olan sərnişinlərin və heyət üzvlərinin hamısı, yerdə isə 11 adam həlak olmuşdu.

Bundan sonra mediada Lockerbie bombardmanı kimi tanınan bu hadisəyə görə Liviya günahkar bilinir.
XS
SM
MD
LG