Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

Bülent Korkmaz «Bakı»nın baş məşqçisi ola bilər


Bülent Korkmaz

«Qalatasaray» klubunun əfsanəvi kapitanı və keçmiş baş məşqçisi Bülent Korkmaz «Bakı» klubunun sükanı arxasına keçə bilər.

Bunu AzadlıqRadiosuna klubun icraçı direktoru Yaşar Seyidov deyib. Ancaq onun sözlərinə görə, bu məsələ hələ dəqiq həllini tapmayıb. Hazırda bununla bağlı vitse-prezidenti Zeynal Məmmədovun danışıqlar apardığını deyən icraçı direktorun sözlərinə görə, hər şey sonda klubun prezidenti Hafiz Məmmədovun qərarından asılı olacaq:

- Ancaq başqa namizədlər də var. Mən ad çəkmək istəmirəm. Söhbət tanınmış əcnəbi mütəxəssislərdən gedir.

Yaşar Seyidov deyir ki, sabiq baş məşqçi Haciyevski bu postdan uzaqlaşdırılsa da, ola bilsin ki, klubda başqa bir vəzifədə fəaliyyətini davam etdirsin.

«Bakı» Azərbaycan premyer liqasında keçirdiyi 3 oyuna cəmi 4 xal qazanıb. Klub turnir cədvəlinin 8-ci pilləsində qərar tutub. Ötən mövsüm isə ölkə çempionu titulunu qazanmışdı.

Bu il UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan «Bakı» ilk mərhələdə Litvanın «Ekranes» klubunu sıradan çıxartdı. Daha sonra Bolqarıstanın «Levski» klubuna boyun əyən «Bakı» mübarizəni Avropa Liqasında davam etdirdi. Sonradan İsveçrənin «Bazel» klubuna məğlub olan «Bakı» Avropa Liqasının qrup mərhələsinə qatılmaq imkanını əldən verdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG