Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Braziliya ölkələri cəsarətli olmağa çağırıb


Braziliya dünya ictimaiyyətini Hondurasda siyasi böhranı həll etmək üçün daha cəsarətli addımlar atmağa çağırıb. Prezident Luis İnasio Lula da Silva BMT Baş Assambleyasında çıxış edərkən bəyan edib ki, Hondursada vəziyyəti tənzimləmək üçün «ümumi siyasi iradə» lazımdır.

Hondurasın devrilmiş prezidenti Manuel Zelaya iki gün əvvəl ölkəyə qayıdıb və hazırda Braziliya səfirliyindədir.

Müvəqqəti hökumətin rəsmisi Robert Miçelletti Braziliyanı Zelayaya ya siyasi sığınacaq verməyə, ya da Honduras hökumətinə təhvil verməyə çağırıb.

Zelaya referendum keçirib, prezidentlik müddətlərinə məhdudiyyəti götürmək istəyirdi, hərbçilər onu iyun ayında devirdi və ölkədən qovdu.

Honduras konstitusiyası bir dəfədən artıq prezident olmağa icazə vermir.
XS
SM
MD
LG