Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

İranda manekenlər də baş örtüyü taxacaq


İran polisi mağaza sahiblərinə xəbərdarlıq edib ki, manekenlər də baş örtüyü taxsınlar və onların bədən cizgiləri görünməsin.

Rəsmi İRNA agentliyi İranın əxlaq polisinə istinadla məlumat verib ki, qalstukların, boğaza vurulan bant şəkilli qalstukların da satışına icazə verilmir. Kişilərin qadın alt paltarı satması da bundan sonra qadağandır.

Mahmud Əhmədinejatın 2005-ci ildə prezident seçilməsindən sonra polis İranın geyim qaydalarına nəzarəti gücləndirib və Qərbin ölkəyə hər hansı formada təsirinə qarşı ciddi tədbirlər görür.
XS
SM
MD
LG